İmtahanların idarə olunmasına “ASAN Könüllüləri” cəlb ediləcək

İmtahanların idarə olunmasına “ASAN Könüllüləri” cəlb ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə cəlb olunması məqsədilə daim müxtəlif layihələr həyata keçirir və ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq imtahanlarda müəyyən təşkilatların, elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirakı təmin olunur. Mərkəz tərəfindən bu il keçiriləcək imtahanların idarə olunmasına “ASAN Könüllüləri”nin də cəlb olunması nəzərdə tutulub.

Bu barədəAZƏRTAC-a DİM-dən bildirilib. Bununla əlaqədar Mərkəzin əməkdaşları “ASAN Könüllüləri” təşkilatının üzvləri ilə görüşüb və onlarla maarifləndirici təlim keçirilib. Təlimdə “ASAN Könüllüləri”nə imtahanların təşkili, idarə edilməsi, təhlükəsizlik məsələləri, imtahan prosesinə cəlb olunmuş əməkdaşların vəzifə və səlahiyyətləri, icra etdikləri iş, DİM tərəfindən keçirilən tədbirlər barədə təqdimat nümayiş etdirilib və ümumi məlumat verilib.

Görüşün sonunda təqdimat ətrafında müzakirələr aparılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb.

İmtahanların idarə olunmasında “ASAN Könüllüləri”nin iştirakı onların fərdi idarəetmə bacarıqlarının və bu sahədə dünyagörüşlərinin inkişaf etdirilməsinə yardımçı olacaq.

Gələcəkdə bu gənclərin müvafiq sertifikat əldə edərək nəzarətçi qismində imtahanlarda iştirakı da nəzərdə tutulur.

  • Paylaşmağı unutma

Səhr yaz

......