İmtahanqabağı həyəcandan necə xilas olunmalıdır?

İmtahanqabağı həyəcandan necə xilas olunmalıdır?

Qəbul imtahanları yaxınlaşdıqca abituriyentlərdə həyəcan hissi artır. Bu həyəcanın əsas səbəblərindən biri valideynlər və həmyaşıdlar yanında məyus olmaq, onların ümidlərini doğrultmamaq qorxusudur.

Bəs imtahanqabağı həyəcandan necə xilas olmaq olar? Sterssi aradan qaldırmaq üçün sakitləşdirci həblərdən istifadə etmək düzgündürmü?

Təcrübə göstərir ki, ciddi valideyn nəzarəti altında olan abituriyentlər daha çox həyəcan hissi keçirirlər. Böyüklərin təzyiqi onsuz da mövcud olan imtahan stressini bir az da artırır. Bu da sonda xoşagəlməz nəticələrə səbəb ola bilər. Psixoloqlar bildirirlər ki, valideynlər daha diqqətli olmalı, övladlarına təzyiq göstərməkdənsə, onlara dəstək olub ürək-dirək verməlidirlər. Xüsusilə də imtahana az vaxt qalıbsa...

Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, psixoloq Təranə Abbasova bildirib ki, imtaha hazırlaşanları bir neçə gün sərbəst buraxmaq, istirahətə yönəltmək lazımdır: "Yeməklərinə fikir versinlər. Meyvə-tərəvəzlə qidalansınlar. Dəniz kənarında gəzsinlər, istirahət məkanlarına getsinlər. Bir neçə gün əvvəl dərs oxumağı dayandırsınlar ki, beyin dincəlsin və imtahana hazır olsun”.

Həyəcanı aradan qaldırmaq üçün hansısa həblər yerinə, təbii üsullarla sakitləşməyə çalışmaq daha məsləhətlidir. Açıq havada gəzmək, müxtəlif nəfəs gimnastikaları etmək sinirləri daha çox sakitləşdirir. Mütəxəssislər sakitləşdirici həblərdən yalnız zəruri hallarda və imtahandan bir neçə gün əvvəl istifadə etməyi məsləhət görür.

T.Abbasova qeyd edib: "Uşaqlar adətən gecələr oxumağı üstün tuturlar və artıq oyaq qalmağı vərdiş edirlər. İmtahana üç-dörd gün qalmış valerianlardan istifadə etmək olar ki, onlar rahat yatsınlar və beyinləri dincəlsin. Nə qədər çox yatsalar, beyin bir o qədər sakit olar".

Abituriyentlərə imtahanqabağı həyəcan haradasa başa düşüləndir. Amma unutmayaq ki, bir insanın əldə edə biləcəyi hər hansı uğur onun sağlamlığı və həyatından dəyərli deyil.. Kəpəz tv

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__11771841

ALLAH chalisanlarin eziyyetin yerde qoymasin INSALLAH.ALLAH abituriyentlere komek olsun.INSALLAH..

Qonaq__11804243

ALLAH XOŞ NİYYƏTLƏ ÇƏKİLƏN ƏZİYYƏTİ YERDƏ QOYMAZ .İNŞALLAH

AYAN_2001

Cox yaxsi meslehetdir

AYAN_2001

ela

Qonaq__24149663

inşallah martın 5-i elaa vererem imtahanı.Hərkəsə uğurlar

Qonaq__26204728

her kese ugurlar

Qonaq__26053307

hamıya uöurlar arzu edirəm

Qonaq__25481655

amin mende abituriyentem imtahanim var heyecandan olurem birinci imtahanda 599 bal yigmisam

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed