İnformasiya Texnologiyaları İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri

İnformasiya Texnologiyaları İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımında həyatını itirən həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov Xocalı faciəsinin XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən amansız və qəddar cinayətlərdən biri olduğunu bildirib.

R.Ələkbərov Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradə və qətiyyətlə İkinci Qarabağ müharibəsində Zəfər qazandığımız kimi, eyni milli birlik, siyasi iradə və güclü iqtisadiyyatımız sayəsində işğal altında olan digər ərazilərimizə də geri qayıdacağımıza əminliyini ifadə edib. O, hazırda azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edilməklə yüksək sürətlə həyata keçirildiyini diqqətə çatdırıb.

İnstitutun Təhsil şöbəsinin müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov son iki əsrdə erməni millətçilərinin ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti apardıqlarını bildirib. Qeyd edib ki, törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir.

F.Yusifov Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atıldığını deyərək bildirib ki, faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.

Daha sonra çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova Xocalı qətliamının hüquqi aspektlərindən bəhs edib. O, xalqımıza qarşı törədilmiş bu ağır cinayətin istintaqı və ona hüquqi qiymət verilməsi, təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Xocalı soyqırımını törədən hərbi cinayətkarların bir qismi İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Tədbirdə digər çıxış edənlər Xocalı faciəsinin erməni millətçilərin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, erməni faşizminin təzahürü olduğunu bildiriblər, dünya ölkələrinin millətimizə qarşı törədilmiş soyqırımı ilə bağlı daim məlumatlandırılmasının zəruriliyindən danışıblar. Qeyd olunub ki, Xocalıya hücum əməliyyatında erməni hərbi hissələri ilə yanaşı, xarici ölkələrdən gətirilmiş muzdluların, 366-cı motoatıcı alayın da iştirak etməsi hadisənin siyasi həcminin böyüklüyünə dəlalət edir.

Çıxış edənlər, həmçinin dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qurbanları olan Xocalı şəhidlərinin daim qəlblərdə yaşayacağına və xatirələrinin əziz tutulacağını inamını ifadə ediblər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed