İngilis dili müəllimlərinin peşəkar inkişaf proqramı

İngilis dili müəllimlərinin peşəkar inkişaf proqramı

Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun dəstəyi ilə British Council/Britaniya Şurasının Onlayn Müəllim İcması Platforması vasitəsilə müəllimlərin peşəkar inkişaf proqramı həyata keçirilir.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün nəzərdə tutulmuş proqram 42 akademik saatı əhatə edir. Proqrama 2021-ci ilin oktyabr ayından başlanılıb. Proqram ikinci qrup müəllimlər üçün 2022-ci ilin yanvar ayında, üçüncü qrup müəllimlər üçün oktyabr ayında keçirilib. Növbəti 4-cü qrup müəllimlər üçün proqramın 2023-cü ildə həyata keçirilməsi nəzərdə tutulur. Proqramın iştirakçıları ingilis dilinin tədrisi üzrə mövzuların araşdırılmasına və təcrübədə tətbiq edilməsinə istiqamətlənmiş beş müstəqil modul üzrə təlim fəaliyyətlərində, forum müzakirələrində, canlı görüşlərdə və vebinarlarda iştirak edəcəklər. İştirakçılar, eyni zamanda, refleksiya jurnalları hazırlayıb idarə edəcəklər.

Müəllimlərin peşəkar inkişafını dəstəkləyən bu proqrama indiyədək 1-ci qrup üzrə 1000 müəllim, 2-ci və 3-cü qrup üzrə 2000 müəllim cəlb olunub.

Qeyd edək ki, növbəti təlimlərdə iştirak etmək istəyən ingilis dili müəllimləri üçün yüksək İT bacarıqlarına və B1-B2 dil bilik səviyyəsinə malik olmaq əsas meyarlardır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed