İngilis dilinizi BU ŞƏKİLDƏ inkişaf etdirin-İNTERNET RESURSLARI

İngilis dilinizi BU ŞƏKİLDƏ inkişaf etdirin-İNTERNET RESURSLARI

Hazırda ən çox yayılan xarici ünsiyyət vasitəsi ingilis dili olduğu üçün bir çoxları onu öyrənməyə çalışır. Bu dili öyrənmək üçün müxtəlif youtube kanalları var.

AzEdu.az ingilis dilini öyrənməyə kömək edəcək 6 youtube kanalını sizə təqdim edir:

BBC Learning English

İngilis dili öyrənmək üçün uğurlu kanaldır. Burada, həmçinin, BBC xəbərləri haqqında da məlumat əldə edə bilərsiniz.

https://youtu.be/GxeEA7rh3zw

Learn English with EnglishClass101.com

Kanalda maraqlı videolarla tez bir zamanda Amerika və Britaniya mədəniyyətinə hakim ola bilərsiz. Beləliklə də, dilini öyrəndiyiniz ölkə haqqında daha çox məlumat əldə edəcəksiz.

https://www.youtube.com/c/EnglishClass101

Reachel’s English

Tamamilə tələffüz dərsləri olan bu saytı, vurğu mövzusunda çətinlik çəkənlərə, bəzi fonetik hərfləri və sözləri söyləyə bilməyənlərə tövsiyə edirik. Bu saytdakı dərsləri praktikada tətbiq etdikcə amerikan aksenti ilə danışacaqsınız.

https://www.youtube.com/c/rachelsenglish

Pod Englidh

Bu kanalı ingilis dili zəif olanlar üçün tövsiyə edirik. Kanalda dərslər kateqoriyalara bölünərək yerləşdirilir.

https://www.youtube.com/user/podEnglish

Business English - Learn with Business English Pod

Rəsmi ingilis dili ilə maraqlananlar bu kanala müraciət edə bilərlər.

https://www.youtube.com/c/Businessenglishpod

Learn English with Rebecca · engVid

Videolarının əksəriyyəti qrammatikaya aid olan bu kanal olduqca maraqlı və sadə izahlı videolarla zəngindir.

https://www.youtube.com/c/engvidRebecca

Qeyd edək ki, bu youtube kanallarındakı videoların bəziləri amerikalı müəllimlər tərəfindən könüllü olaraq, bəziləri isə yalnız hobbi məqsədli hazırlanıb.

Gülcahan Məmmədova

  • Paylaşmağı unutma

Səhr yaz

......