İnklüziv təhsilin təşkili qaydası təsdiqlənib

İnklüziv təhsilin təşkili qaydası təsdiqlənib

İnklüziv təhsilin təşkili qaydası təsdiqlənib.

"Report"xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1. fərdi tədris planı ‒ inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşağın ehtiyaclarına və imkanlarına əsasən, təhsil proqramının uyğunlaşdırılması və ya təhsil proqramının sadələşdirilməsi nəzərə alınmaqla təlimin məqsədini, vəzifələrini, metod və üsullarını, nəticələrinin qiymətləndirilməsi meyarlarını özündə ehtiva edən sənəd;

2. təhsil proqramının uyğunlaşdırılması ‒ ümumi təhsilin dövlət standartlarının sağlamlıq imkanları məhdud olan uşaqların (əqli geriliyi olanlar istisna olmaqla) imkanlarına uyğun olaraq dəyişdirilməsi;

3. təhsil proqramının sadələşdirilməsi ‒ ümumi təhsilin dövlət standartlarının əqli geriliyi olan sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarına uyğun olaraq dəyişdirilməsi.

Müəssisədə psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait olduğu halda, həmin müəssisədə sağlamlıq imkanları məhdud uşaqların sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi məqsədilə inklüziv təhsil sinifləri yaradılacaq.

Sağlamlıq imkanları məhdud uşaqlar inklüziv təhsil sinfi təşkil olunan müəssisəyə qanunun 21.1-ci maddəsinə uyğun olaraq yaradılmış psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən, aşağıdakı şərtlər nəzərə alınmaqla qəbul olunurlar:

1. sağlamlıq imkanları məhdud uşağın sadə özünəxidmət bacarığının olması (sanitar qovşağından istifadə, əlini yuma, qida qəbulu və s.);

2. sağlamlıq imkanları məhdud uşaqda emosional-iradi sahədə və davranışında nəzərəçarpan pozuntuların olmaması;

3. müəssisənin pedaqoji heyətinin sağlamlıq imkanları məhdud uşaqla təlim-tərbiyə işinin təşkili üçün səriştələrinin (kompetensiyalarının) olması;

4. sağlamlıq imkanları məhdud uşağın müəssisənin yaxınlığında yaşaması; 2.1.5. müəssisənin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaq üçün müyəssər olması.

  • Paylaşmağı unutma

Səhr yaz

......