İrəvan Müəllimlər Seminariyası haqqında monoqrafiya təqdim edilib

İrəvan Müəllimlər Seminariyası haqqında monoqrafiya təqdim edilib

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında pedaqoji elmlər doktoru, professor Həsən Bayramovun “İrəvan Müəllimlər Seminariyası: milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması” monoqrafiyasının təqdimatı olub.

AZƏRTACxəbər verir ki, tədbirdə “İrəvan Müəllimlər Seminariyası haqqında monoqrafiyanın başlıca məziyyətləri”, “İrəvan dini maarifçiliyi haqqında”, “Azərbaycan maarifçiliyinin inkişafında İrəvan müəllimlər Seminariyasının rolu”, “Azərbaycan maarifçiliyinin nəzəri əsaslarına dair ciddi tədqiqat” mövzusunda məruzələr dinlənilib.

Həmçinin qeyd olunub ki, təqdimatı keçirilən monoqrafiya Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasından irəli gələn vəzifələrin icrası çərçivəsində nəşr edilib. Kitab milli təhsil, pedaqoji fikir, maarifçilik və milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edən İrəvan Müəllimlər Seminariyası haqqında məlumatların gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayacaq.

Monoqrafiya müəllifi tədbirdə ictimai-siyasi və milli əhəmiyyətini nəzərə alaraq İrəvan Müəllimlər Seminariyasının fəaliyyətinin bərpa edilməsi, eyniadlı seminariyanın ölkəmizdə fəaliyyət göstərməsi təşəbbüsü ilə çıxış edib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed