İsa Həbibbəyli: "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasında yaxından iştirak etməliyik"

İsa Həbibbəyli: Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasında yaxından iştirak etməliyik

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasında yaxından iştirak etməliyik.

"Report"xəbər veri ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli A.A.Bakıxanov adına Tarix İnstitutunun qarşısında duran vəzifələr və müəssisədə aparılan struktur islahatların müzakirəsi zamanı deyib.

Akademik İsa Həbibbəyli ölkə başçısının Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı tapşırıq verdiyini diqqətə çatdırıb:

“Qərbi Azərbaycan, Çuxursəəd bəylərbəyliyibütünlüklə tarixi Azərbaycan torpağı vəAzərbaycanın ən qədim aborigen ərazilərindən biridir. Son 200 ildən artıq dövrdə indiki Ermənistan adlanan ərazidən azərbaycanlılar sıxışdırılıb, dövlət səviyyəsində deportasiyaya məruz qalıb, mərhələli şəkildə öz dədə-baba yurdlarından çıxarılıb, tarixi abidələrimiz, kəndlərimiz, qəbiristanlıqlarımız dağıdılıb. Bu, tarixi genosiddir. Ermənilərin Ağdamda törətdikləri dağıntılar Xirosimadakı faciədən də dəhşətlidir. Bu fəlakətlər, faciələr bütün dünyaya çatdırılmalıdır. AkademiyadaQərbi Azərbaycanla bağlı ardıcıl, sistemli tədqiqatlar aparılmalı, elmi-tarixi nəzəri əsərlər ərsəyə gətirilməlidir. Xüsusilə indiki şəraitdə, Ermənistanın sülh müqaviləsindən yayınması məqsədilə müxtəlif bəyanatlar verməsi, məkrli planlar qurmasından dolayı Qərbi Azərbaycanın tarixi dərindən araşdırılmalı, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasında yaxından iştirak etməliyik. Bu konsepsiya cənab Prezidentin dediyi kimi, sülhsevər konsepsiyadır və beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Elm buna öz dəstəyini verməli, Akademiyanın ictimai elmlər üzrə fəaliyyət göstərən alimləri konsepsiyanın hazırlanmasında yaxından iştirak etməlidirlər”.

AMEA rəhbəri Akademiyada bu istiqamətdə tədqiqatlar aparmaq məqsədilə Rəyasət Heyətinin qərarı ilə Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsinin yaradıldığını söyləyib. Qeyd edib ki, Tarix İnstitutunda yeni yaradılan Qərbi Azərbaycan tarixi şöbəsi Akademiyada bu istiqamətdə aparılan tədqiqatların mərkəzi olmalıdır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed