KOBİA Azərbaycanda təhsil sahəsini dəstəkləməyə davam edəcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda təhsil sahəsini dəstəkləməyə davam edəcək.
Milli.AzTrend-ə istinadən xəbər verir ki,bunu KOBİA İdarə heyətinin sədri Orxan Məmmədov "BYF EduExpo 2022" təhsil sərgisi zamanı deyib.
Onun sözlərinə görə, təhsil sektoru agentlik üçün prioritet dəstək istiqamətidir.
"Bildiyiniz kimi, bizim rayonlarda sahibkarlar üçün tədris mərkəzlərimiz var. Orada iş adamları müxtəlif istiqamətlər üzrə tədris alır. Biz həm də beynəlxalq əməkdaşlığın qurulmasında təhsil sektoruna dəstək göstəririk", - O.Məmmədov deyib.