“Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin seçim mərhələsi yekunlaşıb
Paytaxt və bölgələr üzrə “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin seçim mərhələsi keçirilib.
Elm və Təhsil NazirliyindənAZƏRTAC-a bildirilib ki, onlayn və oflayn qaydada keçirilən seçim mərhələsinin nəticələrinə əsasən uğur əldə edən 300 şagird dekabrın 26-da Bakıda təşkil ediləcək final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, müsabiqədə iştirak üçün 19 min şagird qeydiyyatdan keçib.
Müsabiqə Elm və Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə IV-IX sinif şagirdləri arasında keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd qlobal “Kod saatı” hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği, eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasıdır.