Koreyada doktorantura üzrə təhsil imkanı

Koreya Respublikası Seul Milli Universiteti 2023-2024-cü tədris ili üçün doktorantura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu elan edir.
Bu barədəAZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Proqramda iştirak etmək istəyən namizədlər martın 8-dək universitetin internet səhifəsi üzərindən müraciət edə bilərlər.
Təqaüd proqramı haqqında ətraflı məlumatıelanvasitəsilə əldə edə bilərsiniz.