“Korrupsiyaya yox deyək” rəsm müsabiqəsinə əsərlərin qəbulu yekunlaşıb

“Korrupsiyaya yox deyək” rəsm müsabiqəsinə əsərlərin qəbulu yekunlaşıb

“Korrupsiyaya yox deyək” respublika rəsm müsabiqəsinə əsərlərin qəbulu yekunlaşıb.

"Report"un xəbərinə görə, bu barədə Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik sahəsində maarifləndirilməsi, məktəblilərin informasiya axtarışına, eləcə də təhsildə yaradıcılığa həvəsləndirilməsi, onların asudə vaxtının səmərəli təşkilindən ibarətdir.

Noyabrın 20-də rəsmlərin qəbulu başa çatıb.

Rəsmlərin dəyərləndirilməsi üçün Baş Prokurorluq, Elm və Təhsil Nazirliyi, Rəssamlıq Akademiyası, eləcə də Rəssamlar İttifaqının nümayəndələrindən ibarət Müsabiqə Komissiyası təsis edilib.

Hazırda Müsabiqə Komissiyası tərəfindən rəsmlərin dəyərləndirilməsi davam edir.

Qeyd edək ki, noyabrın 3-dən Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunan “Korrupsiyaya yox deyək!” V-XI sinif şagirdləri arasında respublika rəsm müsabiqəsinə start verilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed