Ləğv olunmuş fənlərin müəllimləri nə etməlidir?

Ləğv olunmuş fənlərin müəllimləri nə etməlidir?

Azərbaycan Təhsil Nazirliyi bu ilin sentyabrından tam orta təhsil bazasında tədrisin təmayüllər üzrə təşkil olunacağı məktəblərin 10-11-ci siniflərində ləğv olunmuş fənlərin müəllimləri ilə bağlı yerli təhsili idarəetmə orqanlarına tapşıqlar verib.

Bunu Trend-ə Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Onun sözlərinə görə, bu tapşırıq həmin müəllimlərin dərs saatları ilə təminatı ilə bağlıdır.

İ.Nağıyev bəzi fənlərin ləğv edilməsinin onu tədris edən müəllimin maddi durumuna təsir göstərməməsi üçün yaxın məktəblərdə də dərs saatının verilməsi istiqamətində hazırda işlərin aparıldığını da söyləyib: "Müəllim öz işlədiyi məktəbdən başqa, qonşu məktəblərdə də dərs deyə bilər. Artıq yerli təhsil idarəetmə orqanlarına müvafıq tapşırıq verilib ki, həmin müəllimlər dərs yüksüz qalmasın".

Nazirlik rəsmisi bildirib ki, təmayüllü siniflərin yaranması nəticəsində yuxarı siniflərdə hər hansı müəllimin dərs yükü azala bilər. Amma ölkə, eləcə də Bakı şəhəri üzrə müəllimlərin dərs yükü ilə bağlı ümumi mənzərəyə baxıldıqda böyük fərqin yaranması müşahidə edilməyəcək: "Müəllimlərin narazılığı olur. Amma biz konkret bir məktəbin, bir müəllim üzərində deyil, respublika və Bakı üzrə ümumi mənzərəyə baxsaq, görərik ki, bu, elə də böyük nəticələrə səbəb olmayacaq. Bu, kompensasiya olunacaq və öz axarına düşəcək".

İ.Nağıyev qeyd edib ki, tədris ili bitəndə müəyyən edilmiş yaş həddinə çatmış müəllimlər pensiyaya çıxırlar: "Belə müəllimlərin isə sayı az olmur. Digər tərəfdən, analıq məzuniyyətinə də çıxan müəllimlərin sayı kifayət qədərdir. Bəsbu dərs yükləri kimin üzəində qalır? Bu dərs yükləri də müəllimlərin arasında bölüşdürülür. Hər hansı müəllim təmayüllü siniflərin yaradılmasına görə öz dərs yükünü itirsə də, yaş həddi, analıq məzuniyyəti və digər səbəblərə görə işindən uzaqlaşan müəllimlərin dərs yükü bölüşdürüldüyündən bu, kompensasiya olunacaq".

İ.Nağıyev əlavə edib ki, son illərdə məktəblərdə I sinfə qəbul olunan şagirdlərin sayı da artır: "Bu amil özü müəllimlərin dərs yükünün artmasına səbəb olur. Bu, o deməkdir ki, müəllimin hansısa konkret bir sinifdə dərs yükü azalsa da, digər siniflər üzrə dərs yükü artır. Ola bilər ki, bir müəllimin bu tədris ilində dərs yükü az olsun. Amma gələn tədris ilində siniflərin sayı çoxaldıqca, bu da öz-özlüyündə kompensasiya olunacaq".

Xatırladaq ki, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11 siniflərində tədris təmayüllər üzrə (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət istiqamətləri üzrə) təşkil olunacaq.

Tədrisin təmayüllülər üzrə təşkil olunacağı siniflərdə tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə isə 10-dək azaldılıb.

Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__11705506

MENCE TARIX FENNLERI BIRLESSE YAXSI OLARDI

Qonaq__11669424

Tarix yenidən islənməlidir

AYAN_2001

inglis dili legv olunsa ela olar

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed