Magistraturaya qəbulun nəticələri açıqlanıb, 1 nəfər 100 bal toplayıb

Magistraturaya qəbulun nəticələri açıqlanıb, 1 nəfər 100 bal toplayıb

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

"Report"xəbər verir ki, imtahan nəticələri iləburadantanış olmaq olar.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 18724 bakalavrdan 255 nəfəri imtahana gəlməyib.

İmtahanda 1 nəfər 100 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib. O,Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Zeynallı Nihad Rasim oğludur. N.Zeynalov2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanında 648.7 bal toplayıb.

Qəbul imtahanındakı nəticələrimüsabiqə şərtləriniödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri var).

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 24 fevral 2023-cü il tarixindən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22-24 fevral tarixlərində DİM-in saytında yerləşdiriləcəkelektron ərizənidoldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed