Malayziya Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda sərgi açılıb

Malayziya Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda sərgi açılıb

Malayziyanın Azərbaycandakı Səfirliyinin dəstəyi, Malayziya Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda təhsil sərgisi açılıb.

"Report"xəbər verir ki, sərgidə azərbaycanlı tələbələr Malayziyanın nüfuzlu universitetlərində təhsil imkanı, həmçinin bir çox təqaüd proqramları, məzun olduqdan sonra isə bu ölkədə təcrübə keçmək şansları haqqında ətraflı məlumat əldə edə bilərlər.

Sərgi azərbaycanlı tələbələrin Malayziyanın nüfuzlu və dünya standartlarına cavab verən təhsil ocaqlarında tədris keçməklərinə imkan yaradır.

Malayziya Səfirliyinin müvəqqəti işlər müdiri Mardiana Muhammed Ruhani jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi təhsilin keyfiyyəti baxımından dünya ölkələri sırasında 11-ci yeri tutur:

"Malayziyada 590-a yaxın universitet var, 162 ölkədən tələbə təhsil alır. Təhsil imkanları yüksəkdir. Dövlət universitetlərində təhsil haqqı 2 min dollardan başlayır, təqaüd imkanları mövcuddur. Azərbaycanlı tələbələrə isə Malayziyada 20 faiz ilkin endirim və 50 faizədək təqaüd imkanları təklif edilir. Hazırda müraciət edən tələbələrin qeydiyyat xərclərinə 90 faiz endirim olacaq".

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed