Manatın ucuzlaşması və mütaliyəyə pis təsiri

Manatın ucuzlaşması və mütaliyəyə pis təsiri

Yeni gömrük rüsumlarının tətbiqi ilə kitabların qiymətində bahalaşmanın olması labüddür.

Milli.Az xəbər verirki, bu barədə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Azadlıq radiosu"na açıqlamasında bildirib.

"Yalnız kağız deyil, kitabın da qiyməti artacaq. Xaricdən gələn həm xarici kitablara, həm də xaricdə nəşr olunan yerli yazarların kitablarına gömrükdə 18 faiz ödənməlidir. Bu vaxta qədər kitab 18 faiz ƏDV ödəyicisi idi, yəni bazarda satılarkən ƏDV ödəyirdik.

Belə çıxır ki, indi ikiqat vergi ödəyəcəyik. Hazırda bizim gömrükdə 10 adda kitabımız var və hərəsi təxminən 1500-2000 tirajdı.

Bunlara görə 10 min manat - yəni 18 faizlik ƏDV ödəməliyik. Artıq 10 gündür kitabları gömrükdən götürə bilmirik. Əvvəllər bu ödəniş yox idi, 2016-cı il yanvarın birindən Vergi Məcəlləsinə olan dəyişikliyə görə, xaricdən gətirilən kitablar da vergiyə cəlb olundu. Biz əksini gözləyirdik, elə bilirdik ki, danışılan islahatlarda kitabın üzərindən 18 faiz ƏDV götürülər, amma əksinə oldu, indi kitaba görə ikiqat vergi ödəyəcəyik", - Ş.Xuduoğlu belə deyib.

Təkcə xarici müəlliflərin deyil, yerli yazarların da kitablarının bahalaşacağını deyən nəşriyyat direktoru əlavə edib:

"Biz bəzi kitablarımızı xarici olkələrin nəşriyyatlarında çap edirdik, çünki Azərbaycanda böyük mətbəə sənayesi yoxdur, elə o avadanlığı gətirə bilməməyimizin səbəbi gömrükdə yaradılan problemlər olub.

Biz kitabın bütün nəşriyyat işini burada görüb, sadəcə, çap üçün xaricə göndərirdik. İndi belə çıxır ki, bu kitablara ikiqat vergi qoyulur və bunun da fonunda kitabın qiymətinin bahalaşması qaçılmazdır. Digər tərəfdən, kağız bahalaşdığı üçün yerli çap olunan kitabların da qiyməti qalxacaq".

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......