Məktəb direktorlarına hansı yeni səlahiyyət verildi?

Məktəb direktorlarına hansı yeni səlahiyyət verildi?

Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatına və sisteminə daxil olan işçilərin vəzifə nomenklaturasının siyahısı”nda qismən dəyişiklik edilməsi haqqında əmr imzalayıb. Lent.az-ın məlumatına görə, təsərrüfat işləri üzrə direktor müavini istisna olmaqla, respublika tabeli ümumtəhsil məktəbinin (internat, lisey, gimnaziya və s.) direktoru və direktor müavinləri nazirliyinin mərkəzi aparatına və sisteminə daxil olan işçilər hesab edilir.
Dəyişikliyə əsasən, respublika tabeli ümumtəhsil məktəbinin təsərrüfat işləri üzrə direktor müavini ilə əmək münasibətlərinin tənzimlənməsi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçiriləcək.
Əmrin icrasına nəzarət nazirliyin Aparat rəhbərinə - Mətin Eynullayevə həvalə olunub.
Anar Məcidzadə

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed