Məktəbdə bunları müəllimlər səhv deyiblərki?!

1. Napoleon və boyu


Milli.Az pahoo.az-a istinadən bildirir ki, qısaboylu olduğu hər kəs tərəfindən düşünülən Napoleonun boyu əslində 1.68 sm olub. Bizə isə bu rəqəm 1.50-1.58 arasında öyrədilib. Əslində normal boyu olan Napoleonun müasir liderlərlərlə müqayisəli şəklindən də gördüyünüz kimi, bu "fakt" həqiqəti əks etdirmir.
2. Qırmızı rəng və öküzlər

Bizə öyrədilənin əksi olaraq, öküzlər qırmızı rəngə heç də həssas deyillər. Çünki onların ümümiyyətlə rəngseçmə qabiliyyətləri yoxdur. Yəni, bizə illərdir deyilən bu şey mifdən başqa bir şey deyil. Öküzləri bu döyüşlər zamanı ən çox əsəbləşdirən şey isə məhz matadorların əllərində tutduqları obyektləri təkrar-təkrar tərpətməsidir. Bir daha vurğulayırıq ki, öküzün qırmızı rəngə hücum etməsiylə bağlı olan inanc tamamilə səhvdir. Korrida zamanı qırmızı rəngin istifadəsi tamamilə tamaşaçıların diqqətini cəlb etməyə hesablanmışdır. Öküzlər isə cuşa gəlmiş tamaşaçıların gurultularından və matadorların hərəkətlərindən coşmağa başlayırlar.
3. Beynimizi nə qədərini işləkdir?

Tez-tez bizə deyilirdi ki, guya biz beynimizin ancaq 10 faizindən istifadə edirik, qalan 90 faizin potensialını isə dəyərləndirə bilmirik. Artıq bu sahədə mütəxəssis olan bir çox dünya alimləri də bunun uydurma bir fakt olduğunu təsdiqləyir. Əslində beynimizin böyük bir hissəsini daima aktiv şəkildədir və biz beynimizdən bütövlüklə istifadə edirik.
4. Çin Səddini Kosmosdan görmək olurmu?

Bəli, bəli! Bu da kosmik miflərdən biridir. Bizə deyilənə görə, Çin səddini kosmodan çılpaq gözlə müşahidə etmək mümkündür. Əslində isə bu tamamilə ağ yalandır. Çin səddi kosmosdan ancaq bir radar vasitəsilə görülə bilər.
5. Kristofor Kolumb əslində kim idi?

Biz onu yeni dünya kəşf edən qəhrəman olaraq tanımışıq. Əslində isə Kolumb çox varlı bir kölə taciridi olub. Telegraph bu barədə yazır:
"Kolumb kişi, qadın və uşaqları İspaniyaya aparmaq üçün yola çıxmış və onları eyni sirk heyvanları kimu köləyə çevirmişdi. İnsanların çoxu bu səyahət əsnasında tələf olmuş və qalanları da növbəti 6 ay ərzində həlak olublar."
Bir sözlə, Kolumb bizə məktəbdə deyildiyi kimi, yeni dünya tapan əsrarəngiz səyyah yox, insanları qula çevirmək üçün dünyanı gəzən bir cinayətkar olub
Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__22266946

cox sag olun

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed