“Məktəbdə...” layihəsi üzrə növbəti görüş

“Məktəbdə...” layihəsi üzrə növbəti görüş

“Məktəbdə...” layihəsinin növbəti qonağı Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslan olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan layihənin növbəti görüşü Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə keçirilib.

Bu barədəAZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, illər sonra vaxtilə təhsil aldığı doğma məktəbinə qonaq gələn N.Aslan əvvəlcə təhsil ocağı ilə tanış olub. O, görkəmini dəyişən, yeniləşən məktəbin dəhlizlərini, sinif otaqlarını gəzib, məktəb illəri, sevimli müəllimləri və məktəb yoldaşları ilə bağlı xatirələrini yada salıb. N.Aslan daha sonra məktəblilərə həyat yolunun maraqlı məqamlarından, məşğul olduğu fəaliyyət sahələrindən, humanizm dəyərlərinin təbliği istiqamətində görülən işlərdən danışıb. Qonaq, həmçinin özünün bəstəkarlıq fəaliyyəti, sözə, sənətə bağlılığından danışıb, müstəqil həyata atılmaq astanasında olan gənclərə diqqət yetirməli olduqları məqamlarla bağlı tövsiyələr verib, şagirdləri düşündürən sualları cavablandırıb.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed