Məktəbəhazırlıq qruplarında tədris prosesinin başlayacağı tarix açıqlanıb

2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi oktyabrın 3-də başlayacaq.
"Report"xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
Qeyd edək ki, oktyabrın 1-i və 2-si şənbə-bazar gününə təsadüf etdiyindən məktəbəhazırlıq qruplarında tədris prosesinin başlamasının tarixi dəyişib.