Məktəbəqədər təhsilin dövlət standartları mövcuddurmu?

Məktəbəqədər təhsilin dövlət standartları mövcuddurmu?

Azərbaycanda məktəbəqədər təhsilin dövlət standartları hazırlanıb.
Milli.Az bildirir ki, Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, dövlət standartları hazırlanarkən "Təhsil haqqında" Qanun, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" əsas götürülüb. Standartlara əsasən, məktəbəqədər təhsil üzrə müvafiq kurrikulumlar dövlət standartları əsasında hazırlanır və həyata keçirilir. Məktəbəqədər təhsilin dövlət standartları 5 il qüvvədədir. Standartlar məktəbəqədər təhsilin məzmununu, idarə olunmasını, infrastrukturunu, maddi-texniki və tədris bazasını, məktəbəqədər təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini, bu sistemdə təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.

Məktəbəqədər təhsilin dövlət standartlarının müəyyənləşdirilməsində nəticəyönümlük, uşaqyönümlük, şəxsiyyətyönümlük, inkişafyönümlük, tələbyönümlük, varislik, inteqrativlik, millilik və dünyəvilik prinsipləri didaktik əsas hesab olunur. Təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır. Bu təhsilin idarə olunmasında aşkarlıq, şəffaflıq, demokratiya, inkişafın monitorinqi, hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi prinsipləri əsas tutulur.

Məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi, bir qayda olaraq, ali ixtisas təhsilli, məktəbəqədər təhsil sahəsində təcrübəsi olan şəxs həyata keçirir. Dövlət məktəbəqədər təhsil müəssisəsində ali idarəetmə orqanı, bir qayda olaraq, ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura hesab edilir. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı öz Nizamnaməsi ilə müəyyən olunur. Məktəbəqədər təhsil müəssisəsində digər idarə və özünüidarə orqanlarının yaradılması qaydaları və səlahiyyətləri "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" ilə müəyyənləşdirilir.

Məktəbəqədər təhsil üzrə dövlət təhsil kurrikulumlarının yerinə yetirilməsini təmin etmək məqsədilə məktəbəqədər təhsil müəssisələrində əlverişli infrastruktur və zəruri maddi-texniki və tədris bazası yaradılır. Məktəbəqədər təhsil müəssisələrində pedaqoji işə, bir qayda olaraq, məktəbəqədər pedaqoji ali və ya orta-ixtisas təhsilli kadrlar qəbul edilir.

Təhsil müəyyən tələblərə uyğun təşkil olunur ki, bunlara inkişaf sahələrinə uyğun təlim məşğələləri və müxtəlif fəaliyyət növlərindən istifadə edilməsi, uşaqların bərabər inkişafının təmin olunması, sağlamlıq imkanları məhdud olan uşaqlarla müvafiq korreksiya işinin təşkili daxildir. Məktəbəqədər təhsil müəssisəsi tərəfindən uşaq inkişafının dəyərləndirilməsi təhsilalanların inkişafı və təlimi haqqında ailələri məlumatlandırmaq, inkişafetdirici təlim mühitini davamlı olaraq qiymətləndirmək, təhsilalanların bilik, bacarıq və vərdişlərini dəyərləndirmək məqsədilə aparılır. Uşaqların məktəbə qəbulu zamanı onların inkişafının dəyərləndirilməsi nəticələri əsas kimi götürülmür.
Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__22268799

9- cu sinifler ucun yeni seyler var 3 alanlar mektebden qovula biler temayulle deyilen bir sey var mence bunlar lazim deyil hamisi usaqlara eziyyetdir gunde bir sey cixarirlar bilinmir niye axi yaziq deyil bu usaqlar belke usaqlarin coxu oxmaq isdiyir bu xeberi alandan sonra oxumaqdan soyuyublar bele olmasaydi belkede her sey yaxsi olardi men bu xeberi alanda sooooka dusdum cunki cox pis xeberdir 9 larin coxu peseye hazirlasir bes pese dolandan sonra nolacaq goresen axi bu usaqlarin geleceyi var kimi oxumaq isdiyir kimi is qurmaq isdiyir bu mesele olmasaydi lap cox yaxsi olardi bunu size demey isdeyirem ki sexsen menim bu xeberden xosum gelmedi ona gorede bu temmaluye sohbeti yiqissa lap yaxsi olar

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed