Məktəblər açılır, amma fərqli vaxtlarda

Məktəblər açılır, amma fərqli vaxtlarda

Azərbaycanda tədris ili sentyabr ayının 15-dən başlayır. Təhsil bərpa olunacaq, ancaq xüsusi şərtlər daxilində.

Milli.Az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

E.Əmrullayev bildirib ki, ən səmərəli olan təkliflər əsas götürülməlidir: "Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir".

Sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur.

Emin Əmrullayev daha sonra bildirib ki, sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur: "Əgər virusun yayılması stabil olarsa, həftədə 3 dəfə, çoxalarsahəftədə 2 dəfə şagirdlərin dərsə gəlməsi nəzərdə tutulur".

Nazir əlavə edib ki, məktəbəhazırlıq qruplarında tədrisin oktyabrın 1-dən həftədə 2 dəfə dərsə gəlməsi planlaşdırılır. Bu proses noyabrın 2-dək davam edəcək. O tarixdən sonrası virusun yayılamsındna asılı olacaq.

Beşinci sinifdən 11-ci sinfə kimi şagirdlərin dərslərinin onlayn keçirilməsi təklif olunur.

Emin Əmrullayevsentyabrın 15-dən 5-ci sinifdən 11-ci sinfə kimi şagirdlərin dərslərinin onlayn keçirilməsinin təklif olunduğunu deyib: "Oktyabrın 1-dən 5-dən 9-dək siniflərin şagirdlərinin həftədə 2 və ya 3 dəfə əyani dərslərə gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən isə 10 və 11-ci siniflərin əyani tədrisə başlaması nəzərdə tutulur".

Ali məktəblərdə təhsil sentyabrın 15-dən distant qaydada başlayacaq.

Ali məktəblərdə təhsilin necə keçirilicəyinə toxunannazir bildirib ki, 1-ci kurs tələbələri tanışlıq məqsədilə ail məktəblərə gələ biləcəklər. 15 oktyabr tarixindən isə bu ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və s. əyani təhsil üzrə tədris başlayacaq.

Nazir qeyd edib ki, noyabr 2-ə qədər bu cür davam edəcək və ondan sonra epidemioloji vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılacaqƏgər vəziyyət imkan versə, ənənəvi təhsil formasına keçiləcək, əgər imkan verməsə distant təhsil davam edəcək.

Tədris kursları ilə bağlı Operativ Qərargahda sanitar-gigiyenik qaydalar nəzərə alınmaqla qərar veriləcək.

Nazir Emin Əmrullayevbildirib ki, tədris kursları ilə bağlı Operativ Qərargahda sanitar-gigiyenik qaydalar nəzərə alınmaqla qərar veriləcək:

"İnanıram ki, qısa zamanda bu qərar veriləcək və ictimaiyyətə açıqlanacaq".

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed