Məktəblər niyə bağlanır?
Yeni təhsil ilində COVİD-19 epidemiyası ilə əlaqədar distan təhsil sistemi ölkə ərazisində üstünlük təşkil etsədə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb.
Vəziyyət bu cür davam edərsə dərslər yenidən bağlanmalıdırmı?
Bubarədəhəkim-nevroloq, Avropa Nevroloji Akademiyanın həqiqi üzvüQalib Əsədov Milli.Az-a açıqlama verib:
"Məktəbi, təhsili bağlamağın insanlara daha çox ziyanı var. Şagirdlər, müəlimlər arasında yoluxma faktının artmasına görə dərsləri bağlamağa dəyməz, tam mənasız işdir. Məktəbi bağlamaq olmaz, insanlar dərsə getməlidirlər, hətta onlayn yox, hər gün dərsə getməlidirlər və öyrənməlidirlər. Koronavirusu da adi qriplər kimi uşaqlaryüngül keçirir. Kollektiv immunitet yaranmalıdır. Bu gün dövlətin əlində imkanlar var ki, koronavirusun yayılmasının qarşısını alsın. Burada panikaya düşəcək bir rəqəm də yoxdur.
Dərslər yenidən bağlanarsa savadsız nəsil yetişəcək. Onsuz da təhsilimizin səviyyəsi qənabəxş deyil, birdə üstəlik təhsil bağlansa savadsız nəsil yetişər. Savadsız nəsil o deməkdir ki, cahil cəmiyyət formalaşır. Dərslər bağlı olarsa gələcəkdə Azərbaycanda Əfqanıstan modeli ölkə yaranacaq. Bizə birinci növbədə təhsil lazımdır.
Yaponiyaya atom bombası atmışdılar, açıq havada dərsləri bir gün saxlamadılar. Xirosimoda da, Naqasakidə də bir gün də olsun təhsil dayandırılmadı. Sunami gəldi ölkəni yudu, yenə təhsili saxlamadılar, açıq havada dərs keçirdilər. Və buna görə də, bu gün yapon iqtisadiyyatı, texnologoyası bütün dünyada ön cərgədədir. Bizim də yanımızdan yel ötən kimi məktəbi bağlamaq olar?! Onsuz da uşaqlar məktəbə gedə-gedə öyrənə bilmirlər, distant təhsil yolu ilə birinci sinif uşağına əlifbanı necə öyrədəcəksən?Cahillik baş alıb gedər. Gələcəkdə olan bütünbəlaların hamısının başında da cahillik durur. Bütün dünya dövlətləri - Almaniya, Yaponiya, Çin məhz elmin, təhsilin hesabına dirçəlibdir".
Təhməz Əsədov
Milli.Az