Məktəblərdə summativ qiymətləndirmə olacaqmı?
Məktəbdaxili kiçik və summativ qiymətləndirmə əvvəlki illərdəki kimi aparılacaq.
Milli.AzTrend-ə istinadən xəbər verir ki,bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, bununla bağlı yaxın vaxtlarda müəllimlərə təlimatlar göndəriləcək.
Qeyd edək ki, yeni qərara əsasən, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.