Məktəblərin səviyyə reytinqini necə hazırlayırlar?

Məktəblərin səviyyə reytinqini necə hazırlayırlar?

Azərbaycan məktəblərin reytinqi yeni meyarlar əsasında hazırlanacaq.
Milli.AzAPA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, hər il IX və XI siniflərdə keçirilən buraxılış imtahanlarının nəticələri təhlil edilir və ölkənin bütün məktəblərinin reytinq siyahısı hazırlanır:
"Lakin bu, məktəblərin reytinqlərinin müəyyənləşdirilməsi üçün kifayət deyil. Bu istiqamətdə təhsil naziri qarşıya belə bir məqsəd qoydu ki, məktəblərin reytinq cədvəli hazırlanarkən yalnız buraxılış imtahanlarının nəticələrinə görə deyil, digər nailiyyətlər də nəzərə alınsın. Bu məqsədlə tapşırıq verilib ki, reytinqin müəyyənləşməsi üçün digər meyarlar, göstəricilər işlənib hazırlansın və məhz həmin göstəricilər təhlil edildikdən sonra bütün məktəblər üzrə reytinqlər müəyyənləşsin. Hazırda nazirliyin aidiyyəti şöbələri bu işlərə başlayıb və belə bir göstəricilər sistemi işlənib hazırlandıqdan sonra reytinq cədvəlləri bu meyarlar əsasında hazırlanacaq".
Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__31664894

288

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed