Məktəblilərimiz XIX Beynəlxalq Jautikov Olimpiadasında 6 medal qazanıblar

Məktəblilərimiz XIX Beynəlxalq Jautikov Olimpiadasında 6 medal qazanıblar

Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XIX Beynəlxalq Jautikov Olimpiadası (IZhO) keçirilib.

Bu barədəAZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.

Fizika fənni üzrə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Sadiq Sadıxzadə gümüş medal, Murad Abdulkərim bürünc medal qazanıb. Riyaziyyat fənni üzrə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Fidan Qarayeva və Anar Mehdiyev gümüş medal, Cəlil Hüseynov bürünc medal, nazirliyin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Nicat Vəliyev isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, məktəblilərimiz 2006-cı ildən bu günədək sözügedən olimpiadada iştirak edərək 4 qızıl, 33 gümüş, 56 bürünc olmaqla ümumilikdə 93 medal qazanıblar.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed