Məleykə Abbaszadə qəbul plan yerlərinin sayından danışıb

Məleykə Abbaszadə qəbul plan yerlərinin sayından danışıb

"Qəbul plan yerlərinin sayını hökumət təsdiqləyir və hökumət üçün də dövlət sifarişli yerlərin sayı önəmlidir".

"Report"xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, xarici dildə təhsil almaq istəyənlər üçün Azərbaycan dili imtahanının məzmunu və istifadə olunan sualların səslənmə forması qəbul imtahanlarında tətbiq olunacaq. DİM sədri bildirib ki, qəbul imtahanlarında Azərbaycan dili üzrə dinləmələr də olacaq.

M.Abbaszadə xatırladıb ki, imtahan tarifləri Nazirlər Kabineti tərəfindən təsdiqlənir: "2020-ci ildə pandemiyanın tələblərinə görə bir sinifdə 15 nəfərdən çox olmaması üçün xərclər və bizə verilən məvacib üst-üstə düşmürdü. Ona görə də dövlət bizə subsidiya ayırdı. Hər bir Azərbaycan vətəndaşı ilk dəfə buraxılış imtahanını dövlət hesabına verir".

  • Paylaşmağı unutma

Səhr yaz

......