Mərkəzi Elmi Kitabxana ötən il 8 minə yaxın oxucuya xidmət göstərib

Mərkəzi Elmi Kitabxana ötən il 8 minə yaxın oxucuya xidmət göstərib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2022-ci il ərzində 8 minə yaxın oxucuya xidmət göstərib.

Bu barədəAZƏRTAC-a MEK-dən məlumat verilib. MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova bildirib ki, kitabxana ötən bir il ərzində oxuculara həm əyani, həm də elektron kitablar vasitəsilə məsafədən onlayn xidmət göstərib. Elmin müxtəlif sahələrinə dair nəşrlərə ehtiyac duyulub, sorğular anında cavablandırılıb. Ötən il 8 minə yaxın istifadəçiyə xidmət göstərən MEK-də 1500-dən artıq yeni oxucu qeydiyyatdan keçib. 18 yaşına çatmış Azərbaycan və xarici ölkə vətəndaşları kitabxanaya yaxınlaşıb qeydiyyatdan keçərək, buranın daxilindəki bütün xidmətlərdən yararlana bilərlər. Gün ərzində 16 saat fasiləsiz fəaliyyət göstərən kitabxana həftənin beş günü tam qüvvəsi ilə oxucularına xidmət edir.

Qeyd edək ki, AMEA-nın əməkdaşları, magistrları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçirilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed