Mərkəzi Elmi Kitabxananın fondu yeni nəşrlərlə zənginləşir

Mərkəzi Elmi Kitabxananın fondu yeni nəşrlərlə zənginləşir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Naxçıvan bölməsi alimlərinin əsərlərindən ibarət kolleksiya təqdim edilib.

MEK-dənAZƏRTAC-a bildirilib ki, daxil olan nəşrlər ümumilikdə 22 kitab və 8 jurnaldan ibarət olmaqla müxtəlif elm sahələrini əhatə edir. Burada “Naxçıvan arxeologiyası yeni tapıntılar işığında”, “Göy mexanikasında üç cisim məsələsi”, “Naxçıvan Muxtar Respublikasının bəzi az yayılmış qiymətli üzüm sortlarının təsərrüfat-texnoloji və biomorfoloji xüsusiyyətləri”, “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarının elmi əsərləri” biblioqrafik göstərici, “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin 2022-ci ilə aid elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat”, “Naxçıvanda ədəbi proses-2021”, “Fizika kimya”, “Bitməyən savaş (xatirələr)”, “Ədəbi-bədii dil və dilçilik araşdırmaları”, “Söhbətin ardı qaldı...”, “Naxçıvan teatrı “Şərq qapısı” qəzetinin səhifələrində” və digər əsərlər var.

Bundan əlavə, AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının təbiət və texniki, ictimai və humanitar elmlər seriyaları daxil olan nəşrlər sırasındadır. Nəşrlər tədqiqat aparan elmi işçilər, tələbə və magistrlər, eləcə də geniş oxucu kütləsi üçün böyük elmi əhəmiyyət daşıyır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed