MİQ-dəki yeniliklə müəllimlərə haqsızlıq olacağını düşünürəm-Ekspert yanaşması

MİQ-dəki yeniliklə müəllimlərə haqsızlıq olacağını düşünürəm-Ekspert yanaşması

Təhsil Nazirliyi rəsmiləri bugün canlı yayımda MİQ-dəki yenilikləri açıqladı. Müdavimləri nələr gözləyir? Yeniliklər MİQ-ə necə təsir edəcək?

Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib:”Təhsil Nazirliyi nümayəndələri MİQ müsbiqəsindəki yeniliklərlə bağlı mətbuata açıqlama etdilər. Açıqlamadan məlum oldu ki, MİQ müsabiqəsinin hər mərhələsində yeniliklər olub. Test mərhələsində imtahan müddəti 90 dəqiqədən 120 dəqiqəyədək artırılıb. Nəticələr 60 deyil,100 balla dəyərləndiriləcək. İxtisas fənləri üzrə 1 sual 2 balla dəyərləndiriləcək. Həmçinin 4 səhv sual 1 düzgün cavabı siləcək. Vakansiya prosesində şəhid ailələrinin üzvlərinə üstünlük veriləcək. Builki müsabiqədə həmçinin dövlət ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyənlər də iştirak edə bilərlər”.

Ekspert yeniliklərdə müəyyən haqsızlıq edildiyini, həmçinin alqışlanası tərəfinin olduğunu da vurğuladı:

“Test mərhələsində 4 səhvin 1 düzü aparmasına məsələsinə haqsızlıq kimi yanaşıram, çünki müəllim abituriyent-məktəbli deyil. Bu düzgün qərar deyil.
Şəhid ailələrindən olan müdavimlərə üstünlük verilməsi isə alqışlanası addımdır”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed