Müəllimlər günündə müəllimlər vəzifələrindən azad oluna bilərlər, əgər…

Müəllimlər günündə müəllimlər vəzifələrindən azad oluna bilərlər, əgər…

Azərbaycan Təhsil Nazirliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar yenidən təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, "Müəllimlər günü"nün yaxınlaşması müxtəlif məktəblərdə bu məqsədlə pul yığılması barədə edilən söhbətləri yenidən gündəmə gətirir.

C.Valehovun sözlərinə görə, belə hallarla rastlaşan şəxslər TN-in "Qaynar xətt"inə anonim olmadan müraciət edə bilərlər: "Bu halların hər biri araşdırılacaq. Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar VƏZİFƏLƏRİNDƏN AZAD EDİLƏCƏKLƏR".

C.Valehov belə halların ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirdiyini söyləyib.

Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__11962786

Ezèldèn tèhsildir hèyatin shahi, Ona çox nankorlar salir tamahi, Gèlin sevindirèk böyük allahi, "Sovet mèvacibin"qaytaraq geri! Tèrèqqi gözlèyir bizim vètèni, Elmlè susduraq qonshu düshmèni, Ayaga qaldiraq bütün ölkèni, "Sovet mèvacibin"qaytaraq geri!
Egèr istèyiriksè èdalèt olsun,
Xalqin arasinda lèyaqèt olsun,
Böyüyè,kiçiyè bir hörmèt olsun,
O "köhnè maashi qaytaraq geri!

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed