Müəllimlər üçün yeni iş imkanı

Müəllimlər üçün yeni iş imkanı

2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə vakansiya seçimi etmək imkanı verilir.

Təhsil Nazirliyindən Milli.Az-averilən məlumata görə, ötən illərdən fərqli olaraq ilk dəfə həyata keçirilən layihə üzrə vakansiya seçimlərində müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş, 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Layihə üzrə təqdim olunan vakansiyalara yerləşən namizədlər müsabiqənin müsahibə mərhələsində uğur qazandığı təqdirdə müddətsiz müqavilə əsasında işə qəbul olunacaqlar.

Qeyd edək ki, "Rəqəmsal bacarıqlar" layihəsi 2017-ci ildən etibarən həyata keçirilir və təhsilalanlara yeni texnologiyanı, rəqəmsal bacarıqları, proqramlaşdırmanı təcrübədə öyrənməyə imkan verir. Növbəti tədris ilindən etibarən layihənin genişləndirilərək 160 min şagirdi əhatə etməsi planlaşdırılır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed