“Müəllimlərə “dövlət qulluqçusu” statusu verilsə,yaxşı olar”- Sabiq nazirlərdən AÇIQLAMA

“Müəllimlərə “dövlət qulluqçusu” statusu verilsə,yaxşı olar”- Sabiq nazirlərdən AÇIQLAMA

Ümumi ölkə üzrə təhsil sistemində və müxtəlif təhsil pillələri üzrə müəyyən problemlər öz həllini gözləməkdədir.

Təhsilin və tədris prosesinin əsas iştirakçılarından olan müəllimlərin fəaliyyətinin inkişafı üçün sosial rifahın artırılması məsələsi də daim gündəmdədir. Bu zaman müəllimlərin əmək haqqlarının artırılması, səlahiyyətlərinin genişləndirilməsi və s. nüanslarla yanaşı onlara “dövlət qulluqçusu” statusunun verilməsi mövzusu da arzuolunan hesab edilir.

Bəs belə bir şey mümkündürmü? Həmçinin müəllimlərin səlahiyyətlərinin artırılması, sosial rifahının yaxşılaşdırılması istiqamətində nə kimi addımlar atıla bilər?

Mövzu ilə bağlıAzEdu.az-a danışansabiq Təhsil naziri, professor Misir Mərdanovmüəllimlərə “dövlət qulluqçusu” statusunun verilməsini arzuolunan hesab etdiyini bildirib:

“Vaxtı ilə müəllimlərə xüsusi “dövlət qulluqçusu” statusu verilməsilə bağlı Prezidentin Sərəncamı olmuşdu. Ancaq bu nədənsə həyata keçirilmədi. Mən də düşünürəm ki, müəllimə “dövlət qulluqçusu” statusunun verilməsi daha yaxşı olar. Belə olacağı təqdirdə onların bu istiqamətdə digər problemləri də öz həllini tapa bilərdi. Bu həll olunsa hər şey əla olar”.

Digərsabiq Təhsil naziri, professor Firudin CəlilovAzEdu.az-a açıqlamasında bu məsələnin dəqiq hesablanmalı olduğunu qeyd edərək, müəllimlərin sosial rifahının yaxşılaşdırılmasının vacibliyini diqqətə çatdırıb:

“Burada bəzi nüanslara diqqət etmək lazımdır. Həm məktəbdə, həm də digər təhsil müəssisələrində çalışan müəllimlərə bu status verilərsə, onların gəlirinə hər hansı bir müsbət təsiri olacaqmı? Bu addımın atılacağı təqdirdə müəllimlərin qazanacağı və itirəcəkləri nələr olacaq? Ümumi olaraq bütün bu suallar ətrafında dəqiq müzakirələr, hesablamalar aparmaq lazım gəlir. Bu barədə dəqiq bir şey deyə bilmərəm, məsələnin tam içində deyiləm. Hər halda məsələni müəllimlərin xeyrinə həll etmək vacibdir. Çünki bütün cəmiyyət müəllimlərin əlindən keçir. Onların ovqatı nə qədər yaxşı olarsa, sosial problemlərdən nisbətən azad olarlarsa, həmin müəllimlərin yetişdirdiyi şagirdlər də sağlam böyüyəcəklər”.

Sabiq nazir son olaraq bu mənada müəllimə qayğı lazım olduğunu qeyd edib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed