Müəllimlərin işə qəbulunda maraqlı olanlara yeni məlumat

Müəllimlərin işə qəbulunda maraqlı olanlara yeni məlumat

"Mövcud qaydalara əsasən, müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə iştirak etmək üçün namizədlər iyun ayının 1-dən 12-nə kimi, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün namizədlər isə iyul ayının 1-dən 17-nə kimi elektron ərizə ilə müraciət etməlidirlər".
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin böyük məsləhətçisi Murad Camalzadə deyib.O bildirib ki, müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə hazırdaTəhsil Nazirliyisisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində daimi əsaslarla çalışan müəllimlər, müəllimlərin işə qəbulu üzrə müsabiqədə isə ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji ixtisaslar üzrə başa vuran və təhsil haqqında dövlət sənədi almış və hazırda müddətsiz müqavilə ilə çalışmayanlar və yaxud müddətli müqavilə ilə çalışan şəxslər iştirak edə bilərlər.
M.Camalzadə qeyd edib ki, hər iki müsabiqə ilə əlaqədar vətəndaşların miq.edu.az saytına daxil olmaqla elektron ərizə ilə müraciət etməklə bərabər, müsabiqəyə çıxarılan vakant yerlərlə, müsabiqənin keçirilmə qaydaları ilə də tanış olmaq imkanı var.
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......