“Narkomaniya ümumbəşəri bəladır” - liseydə tədbir

“Narkomaniya ümumbəşəri bəladır” - liseydə tədbir

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Yasamal Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi polis polkovnik-leytenantı Natiq Pircanov müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini bildirib, yeniyetmə və gənclər arasında narkomaniya ilə mübarizənin və ictimai nəzarətin əhəmiyyətini vurğulayıb.

Yasamal Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov yeniyetmələri sağlam həyat tərzi keçirməyə, kitablardan, filmlərdən, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Yasamal Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının katibi Rasim Əliyev, Yasamal Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri Xanlar Ağayev çıxışlarında psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılıq problemləri, asılılığın başvermə səbəbləri, bu maddələrin kimyəvi tərkibi və yaratdığı fəsadlar barədə şagirdlərə ətraflı məlumat veriblər.

Sonra şagirdlərin sualları cavablandırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed