"Naxçıvan" Universitetinin tələbələri Əlincə qalasına yürüş ediblər
"Naxçıvan" Universitetinin tələbələri ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Culfa rayonu ərazisində yerləşən Əlincə qalasına yürüş ediblər.
"Report"un yerli bürosu xəbər verir ki, yürüş zamanı tələbələr ilk olaraq "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyini ziyarət edərək qalanın tarixi, strateji əhəmiyyəti və eksponatlarla tanış olublar.
Yürüş iştirakçıları sonra qalanın zirvəsinə doğru irəliləyiblər. Kollektiv tarixi qalanın zirvəsində Azərbaycan və qardaş Türkiyənin bayraqlarını dalğalandırıb, xatirə şəkli çəkdiriblər.