Naxçıvanda müəllimlərin işə qəbulu qaydası dəyişdi

Naxçıvanda müəllimlərin işə qəbulu qaydası dəyişdi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasındamüəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik vəbacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nı yeni redaksiyada təsdiqləyib.

Modern.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu sahəsində Naxçıvan Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın səlahiyyəti ləğv olunub, müəllimlərin işə qəbulu qaydaları dəyişib.

Əgər indiyə qədər müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçirilirdisə, artıq işə qəbul Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçiriləcək. Qərara əsasən, müsahibənin keçirilməsi üçün Nazirlikdən 1, Mərkəzdən 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli mütəxəssislərdən müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılır. Müsahibə komissiyasının tərkibi Mərkəz tərəfindən təsdiq edilir.

İndiyə kimi müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər məzuniyyətə buraxılanadək müəyyənləşdirilib və 3 onlara bu barədə məlumat verilib. Orta ixtisas təhsili müəssisələrində dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün illik dərs yükü 500 saat, yəni 1 (bir) stavka (bu zaman illik dərs yükü 1 (bir) stavkadan artıq olmamalıdır), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində isə müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 12 saat, yəni 1 (bir) stavka (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkadan artıq olmamalıdır) müəyyənləşdirilib. Yeni qərara əsasən, müəssisələrdə işləyən müəllimlər üçün həftəlik dərs yükü 12 saat, yəni 1 (bir) stavka (həftəlik dərs yükü 3 (üç) stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Müstəsna hallarda tədris prosesinin fasiləsizliyinin və operativliyinin təmin edilməsi məqsədilə Nazirliyin sisteminə daxil olan hər hansı məktəbdə mövcud olan vakansiyanın dərhal komplektləşdirilməsinə zərurət olduqda, həmin vakansiya üzrə işə qəbul müsabiqədənkənar qaydada həyata keçirilə bilər. Musiqi məktəblərinin rəhbər vəzifəli şəxsləri hər hansı bir səbəbdən işdən azad olunan zaman onlar ixtisasına uyğun digər vəzifəyə keçirilə və yaxud ixtisası üzrə müəllim saxlanıla bilər. Yaşayış yerinin dəyişdirilməsi, müəssisənin ləğvi və digər üzrlü hallarda işçinin müvafiq müəssisədə əvvəlki vəzifəsinə uyğun işlə təmin edilməsi müsabiqədənkənar həyata keçirilə bilər. Müəssisələrdə daimi əmək müqaviləsi ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müraciətlərə uyğun vakant yer yarandığı təqdirdə Nazirliyin razılığı ilə mədəniyyət idarələri (şöbələri) tərəfindən fərdi qaydada baxılır. Yerdəyişmə ilə bağlı qərar qəbul edilərkən müharibə iştirakçılarına və şəhid ailələrinin üzvlərinə üstünlük verilir.

İndiyə kimi orta ixtisas musiqi təhsili müəssisələrinə işə qəbul üçün test imtahanında hər bir namizədə ümumilikdə 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilib. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilib. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün test imtahanında hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilib. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 75 dəqiqə vaxt verilir. Orta ixtisas musiqi təhsili müəssisələrinə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilib.

Yeni qərara əsasən, müəssisələrə işə qəbul üçün test imtahanında hər bir namizədə musiqi sahəsi üzrə ixtisas biliklərini qiymətləndirmək üçün 30, mədəniyyət sahəsi üzrə ümumi dünyagörüşünü əhatə edən 10 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcək. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt veriləcək. Müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (20 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab ediləcəklər.

İndiyə qədərMüsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılıbsa, artıq müsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün 20 dəqiqə vaxt ayrılacaq.

İndiyə qədər olduğu kimi bundan sonra daMüsahibədə 12 və ya daha çox bal toplamış namizədlər bu mərhələdən keçmiş sayılır və imtahan nəticələri Nazirliyə təqdim olunur. Müsahibə mərhələsində ən yüksək bal toplamış namizəd müvafiq vəzifəyə təyin olunacaq.

Yeni qərara əsasən, qiymətləndirilməyə müəssisələrdə əsas iş yeri olaraq daimi əmək müqaviləsi əsasında işləyən müəllimlər və tam ştat vəzifə üzrə çalışan pedaqoji işçilər cəlb olunacaqlar. Əmək müqaviləsinin işəgötürən tərəfindən birtərəfli qaydada ləğv edilməsi qadağan edilən, mədəniyyət sahəsində fəxri adı olan, habelə qiymətləndirilmə keçirilən tədris ilinin əvvəlinə pensiya yaşına 3 il və daha az qalmış müəllimlər qiymətləndirilməyə cəlb olunmayacaqlar. İndiyə qədər qüvvədə olan qərarda belə istisna hal nəzərdə tutulmamışdı.

1 iyul 2021-ci il tarixədək dövlət musiqi təhsili müəssisələrində müəllim vəzifəsində işləyən orta təhsilli şəxslər müvafiq qiymətləndirilmə aparılmaqla, həmin müəssisələrdə müəllim vəzifəsində işləyən və pensiya yaşına çatmasına ən çoxu 3 il qalan şəxslər isə müvafiq qiymətləndirilmə aparılmadan tutduqları vəzifələr üzrə ixtisaslı kadrlar təyin olunanadək müddətli əmək müqaviləsi əsasında əmək fəaliyyətlərini davam etdirəcəklər.

Bu müddəanın birinci hissəsində göstərilən müəllimlər müəssisələrdə işlədiyi dövrdə ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunarsa, onlar ali və ya orta ixtisas təhsilini başa vuranadək əmək fəaliyyətini davam etdirəcəklər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed