Naxçıvanda Xocalı soyqırımı ilə bağlı interaktiv dərsə 200-dən artıq məktəb qoşulub

Naxçıvanda Xocalı soyqırımı ilə bağlı interaktiv dərsə 200-dən artıq məktəb qoşulub

Naxçıvanda Xocalı soyqırımı ilə bağlı interaktiv dərsə 200-dən artıq məktəb qoşulub.

"Report"un yerli bürosu xəbər verir ki, Xatirə Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında Xocalı soyqırımı ilə əlaqədar interaktiv dərs keçirilib. Dərs 200-dən çox ümumtəhsil məktəbində izlənilib.

Dərsdə bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misli görülməmiş soyqırımı törədiblər. Xocalıda 366-cı motoatıcı alayın, eləcə də xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin köməyi ilə insanlığa sığmayan qətliam törədildi. Döyüşlərdə canlı qüvvə az olsa, silah-sursat çatışmasa da, qəhrəman Xocalı döyüşçüləri düşmənə qarşı inadlı mübarizə aparıblar. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinlər isə xüsusi amansızlıqla qətlə yetiriliblər. Soyqırım nəticəsində 613 sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Bildirilib ki, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat verib, soyqırımı törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb.

Qeyd olunub ki, xalqımız və dövlətimiz Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır. Ordumuz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında alaraq şanlı zəfər qazanıb.

Bu gün, həmçinin ümumtəhsil məktəblərində 1 dərs saatı da Xocalı soyqırımına həsr edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed