Nazir hansı kardları vəzifəsindən uzaqlaşdıracaq?

Nazir hansı kardları vəzifəsindən uzaqlaşdıracaq?

ADPU-nn professoru, pedaqoji elmlər doktoru Əbülfət Pələngovunqafqazinfo-ya müsahibəsi:
- Bir il bundan qabaq təhsil sahəsində dəyişikliklər barədə müsahibə vermişdiniz. Bəzi çatışmayan cəhətlərin olması ilə bərabər, irəliləyişlər barədə də proqnozlarınız özünü doğrultdumu?
- Doğrudur, biz o zaman hələ görüləcək işlərin çoxluğuna işarə vermişdik, işlərin bir qədər ləng getdiyi barədə narahatlığımızı da bildirmişdik. Lakin yeni nazirin düzgün istiqamət kursu götürdüyünü bilirdik və köklü islahatların olacağına əminlik ifadə etmişdik. Butün bunlara əsas var idi və həmin əsaslar aydın görünürdü. Artıq xeyli vaxt arxada qalıb və zaman öz sözünü dedi. O zamanlar müsbət dəyişikliklərə inanmayanlar və hətta ümidli proqnoz verənlərdən xoşu gəlməyənlər da olmuşdu, lakin bəyənənlər də az deyildi. Səbəb sadədir: çoxları təhsildə inqilabi dəyişikliklərin baş verməsini gözləyirlər. Bu baş vermədikdə dərhal narazı qalır və ümidsiz danışırlar. Lakin obyektiv səbəbləri aşkarlamaq üçün problemə kompeks yanaşma lazımdır.
- Faktlara müraciət etsəydiniz, daha yaxşı olardı, çünki cəmiyyətimiz hələ də təhsildə nailiyyət əldə edilməsinə inanmır...
- Fikirlərimi əsaslandırmaq üçün coxlu misallar gətirə bilərəm və inanmıram ki, sağlam düşüncəli insanlar buna etiraz etsinlər. Təhsilin hansı pilləsini analiz etsək, aşağıdakı fikirlərimizlə razılaşmalı olarsınız. Birinci, məktəbəqədər təhsil müəssisələrində qüsurlar daha çoxdur, bu sahədəki işlər və oraya nəzarət Təhsil Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb. Ona görə də bu təhsil pilləsində irəliləyişlərdən ürək dolusu danışmaq obyektiv gerçəkliyi ifadə etməz. İnanıram ki, buradakı çatışmazlıqları da aradan qaldırmaq üçün onların tabeçiliyini yenidən Təhsil Nazirliyinə qaytaracaqlar.
Cəmiyyəti ən çox narahat edən ikinci pillə - ümumitəhsil müəssisələrindəki çatışmazlıqlardır. Onların artıq aradan qaldırılması üzərində xeyli iş görülüb. Təxirəsalınmaz məsələlərdən biri kadr problemidir ki, bu istiqamətdə çox ciddi addımlar atılıb. Bir tərəfdən, müəllimlərin işə qəbulu qaydaları şəffaf şəkildə aparılr, digər tərəfdən, diaqnostik qiymətləndirməni həyata keçirməklə təhsil sistemi təsadüfi kadrlardan təmizlənir. Diaqnostik qiymətləndirmə eyni zamanda imkan verir ki, müəllimlərə ödənilən əmək haqqını differensiallaşdırmaq mümkün olsun. Düzdür, proses uzundur, ağrılıdır, amma ölçülüb- biçilmiş metoddur. Onu da qeyd edim ki, bu orta ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinə çox yüksək təsir edəcək. Müəllim yüksək əmək haqqı almaq uğrunda yarışda əməyini və qabiliyyətini ortaya qoyacaq, öz üzərində daim işləməklə fikrini dərs apardığı siniflərdə şagirdlərin bilik səviyyəsinin artırılmasına yönəldəcək. Bu həm öyrədənlərin, həm də öyrənənlərin səviyyəsini durmadan artıracaq. Beləliklə, əməyi stimullaşdırmaq təlim prosesini köklü şəkildə dəyişəcək. Bundan başqa, məktəb direktorlarının seçilməsində yeni mexanizmin tətbiqi də müsbət yeniliklər sırasındadır.
Üçüncü pillədə - ali məktəblərdə vəziyyət hal-hazırda tam ürəkaçan olmasa da, irəliləyişlər var. Əvvəlcə strategiyanın qəbul olunub ali təhsil müəssisələrinə göndərilməsi, buna uyğun sabah qruplarının yaradılması və təhsilin keyfiyyətinin yüksəldilməsinə pilot layihə kimi sərmayə qoyulması ali təhsil sahəsində aparılan islahatların göstəricisidir. Ali məktəblərdə yeni tələblərə uyğun işləyə biləcək rektorların təyinatı vacib təxirəsalınmaz məsələlərdən idi. Uzun illər rüşvətin kök saldığı bəzi ali məktəblərdə yeni ab-havanın yaradılması bizə nikbin olmağa imkan verir. Lənkəran Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində aparılmış yeni təyinatlar da xoş məramın nümayiş etdirilməsidir.
- Nöqsanlardan danışmağı vacib sayırsınızmı?
- Əlbəttə, nöqsanlarımızdan danışsaq, bu daha çox fayda verə bilər. Burada da ehtiyatlı olmaq lazımdır. Nöqsanları sadalayarkən gərək obyektivlik hissini itirməyəsən.
- Onlardan bir neçəsini sadalaya bilərsiniz?
- Təbii, təhsilin hər üç pilləsində bu nöqsanlar var və hələ də onlar həllini gözləyir. Bunları iki növə ayırmaq olar: biri illərlə yığılıb qalmış, o biri isə sonradan yaranmış nöqsanlardır. Birinci nöqsanların bir hissəsi hüquqi bazada olan və ya idarəetmədəki boşluqlardan əmələ gəlmişdir. Məsələn, rayon təhsil şöbələrinin, regional təhsil idarələri ilə əvəz edilməsi barədə məlum sərəncamın icrasını göstərmək olar. Bu sərəncamın məqsədi təhsil şöbələrini rayon icra hakimiyyətlərinin yersiz müdaxiləsindən azad etməkdir. Onu isə reallaşdırmağa hələ ki müqavimət göstərirlər. Bu səbəbdən də regionlarda paytaxta nisbətən vəziyyət daha acınacaqlıdır. Digərləri isə islahatların yaratdığı nöqsanlardır. Buna misal olaraq kadrların tapılıb yerləşməsini göstərmək olar. Fikrimi daha aydın izah edim. Bildiyimiz kimi, kadrların tapılıb irəli çəkilməsi məsələsi olduqca çətin prosesdir. Təmiz kadra ehtiyac olsa da, onu tapmaq elə də asan məsələ deyil. Nazir bütün kadrları şəxsən tanıya bilməz. Ona təqdim olunan kadrlar bəzən özünü doğrultmur, çünki keçmişi təmiz deyildir. Belə kadrlar nadir hallarda islah olunurlar. Təyinatlar az sayda olsa da, cəmiyyətdə inamı azaldır.
- Siz keçən müsahibənizdə demişdiniz ki, yeni nazir belə kadrları tanıdıqca işdən qovacaq. İndi də bu fikirdəsiniz?
- Bəli, nəinki fikirdə qalmışam, hətta bunun doğruluğunu sübut etməyə artıq bir çox nümunə də çəkə bilərəm. Mənfi reputasiyalı kadrların bir çoxu Təhsil Nazirliyindən uzaqlaşdırılıb. Lakin təəssüflə qeyd edim ki, yeni təyin olunmuş kadrların hamısı da qoyulan tələblər səviyyəsində öz işini qura bilməyib. İnanıram ki, həmin kadrları da gec-tez nazir tanıyacaq və komandadan uzaqlaşdıracaq.
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed