Nazir: “İsraillə birgə həyata keçirilən proqramı sayəsində təhsil daha da inkişaf edəcək”

Nazir: “İsraillə birgə həyata keçirilən proqramı sayəsində təhsil daha da inkişaf edəcək”

“İsrail ilə birgə həyata keçirilən STEAM proqramı sayəsində Azərbaycanın təhsil sistemi əhəmiyyətli dərəcədə inkişaf edəcək”.

"Report" xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev "Kənd təsərrüfatı və təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

O qeyd edib ki, Azərbaycan və İsrail STEAM sahəsində əməkdaşlıq edir və artıq bir çox tələbələr bu proqram çərçivəsində təhsil alırlar.

"Onun sayəsində təhsil proqramı daha sürətli və daha yaxşı mənimsənilir. Bu proqram çərçivəsində müəllimlik bacarıqlarını mənimsəmək məqsədilə 2018-ci ildə azərbaycanlı müəllimlər İsrailə ezam olunublar", - nazir deyib.

Emin Əmrullayev qeyd edib ki, təhsil sahəsində innovasiyaların tətbiqi hələ təhsilin fundamental əsaslarını unutmaq demək deyil.

“Son 30 ildə təhsilə trilyonlarla dollar vəsait ayrılsa da, bir çox inkişaf etməkdə olan ölkələrdə təhsilin keyfiyyətinin yaxşılaşmadığının şahidi oluruq”, - o deyib.

Təhsil nazirinin sözlərinə görə, Azərbaycanda hələ də bu sahəyə müəyyən investisiyaların qoyumasına ehtiyac var.

  • Paylaşmağı unutma

Səhr yaz

......