Nazir müavini müəllim və psixoloqların əməkhaqlarında olan fərqə aydınlıq gətirib

Nazir müavini müəllim və psixoloqların əməkhaqlarında olan fərqə aydınlıq gətirib

"Müəllimlərin əməkhaqqı məsələsi xüsusi sxemlə, psixoloqların əməkhaqqı məsələsi isə vahid tarif cədvəli əsasında ödənilir. Ona görə də fərq olur".

“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.

Nazir müavini bildirib ki, növbəti dövrdə fərqin aradan qaldırılması təmin ediləcək.

İ.İsayev qeyd edib ki, təhsil müəssisələrində psixoloq ştatı normalara uyğun həyata keçirilir: “Belə ki, qəbul edilmiş normalara görə, şagird sayı 1000 nəfər olan məktəblərdə psixoloq ştat vahidi 1, 1000-3000 şagird sayında 2, 3000-dən yuxarı şagird sayı olan məktəblərdə isə bu vahid 3 təyin edilib. Hazırda məktəblərdə psixoloq sayı həmin vahidlərə uyğun təşkil edilib. Psixoloqların öz ixtisaslarına uyğun olması və ya keyfiyyət məsələsi isə sual altındadır”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed