Nazir: “Müəllimlərin dərs yükünün paylanmasının vahid qaydası yoxdur”

Nazir: “Müəllimlərin dərs yükünün paylanmasının vahid qaydası yoxdur”

“Müəllimlərin dərs yükünün paylanmasının vahid qaydası yoxdur”.

“Report”xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bəzi müəllimlər bu və ya digər səbəbdən öz dərs saatlarını çox götürmək istəməyə bilərlər: "Bu da normal prosesdir. Müəllimin eyni saatı istəməsinə gəlincə, bu saatı onlar arasında bölmək həmişə problem yaradır. Təbii ki, hər şey eynidirsə, bizim yeganə müraciət edəcəyimiz ədalətli meyar məhz diaqnostika balıdır. Gələcəkdə bu işə sertifikasiya balı da təsir edəcək. Burada ədalətsiz heç bir şey görmürəm. Lakin ən azı qeyri-qanuni deyil. Burada kiminsə hüququ pozulmur. Məsələn, 10 saat dərs yükü varsa, hansı müəllimin balı çoxdursa, dərs yükünü ona vermək həm pedaqoji, həm də ədalətlilik baxımından doğrudur. Bununla bağlı başqa bir təklif varsa, həmin təkliflərə də açığıq”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed