Nəyə görə tədris müddətini azaltmırlar? - RƏSMİ SƏBƏB

Nəyə görə tədris müddətini azaltmırlar? - RƏSMİ SƏBƏB

“Bu gün Azərbaycan dünyada ən az təhsil müddətinə malik olan ölkələrdən biridir. 2 il bundan öncə ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişiklərdən sonra bu rəqəm 34 həftə olub”.
Bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, ölkədə orta təhsil müddəti digər ölkələrlə müqayisədə 6 həftə azdır. Şöbə müdiri qeyd edib ki, ona görə də valideynlərin tədris müddətinin azaldılması ilə bağlı şikayəti əsaslı görünmür.
Ölkədə təhsil müddətinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləndiyini xatırladan nazirlik rəsmisi qeyd edib ki, artırılan tədris həftələrində hansı işlərin görüldüyü ayrı-ayrı məktəblərin, müəllimlərin davranışı ilə bağlıdır: “ Bir çox məktəblərdə müxtəlif ölçmə, qiymətləndirmə işləri aparılır. Bunun faydasını dərhal yox, uzun müddətdə görəcəyik. Təhsil müddətinin artırılmasının təhsilə çox böyük faydası var, nəinki azaldılmasının. Ölkədə dərslərin başlama və bitmə vaxtı müvafiq sənədlə tənzimlənir. Mövcud qaydalara görə, Azərbaycanda dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır”.(APA)

  • Paylaşmağı unutma

Səhr yaz

......