“Nizami Gəncəvinin etnik mənsubiyyəti” kitabı ingilis və fars dillərində nəşr edilib

“Nizami Gəncəvinin etnik mənsubiyyəti” kitabı ingilis və fars dillərində nəşr edilib

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyevanın “Nizami Gəncəvinin etnik mənsubiyyəti” kitabı ingilis və fars dillərində işıq üzü görüb.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, G.Baxşəliyeva bir sıra ölkələrdə şairin etnik mənsubiyyətinə dair çoxsaylı təhriflərə və çoxəsrlik mədəni irsimizin qonşu xalqlar tərəfindən mənimsənilməsi cəhdlərinə cavab olaraq yazdığı və 2021-ci ildə rus dilində nəşr etdirdiyi “Этническая идентичность Низами Гянджеви” kitabını əsl həqiqətləri daha geniş ictimaiyyətə, o cümlədən təhriflərə yol verənlərə və onların mənbələrinə əsaslananlara çatdırmaq məqsədilə bu dəfə ingilis və fars dillərinə tərcümədə nəşr etdirib. Kitab bir neçə bölmədən ibarətdir və onun əvvəlində məşhur İran şairi və ədəbiyyatşünası Səid Nəfisinin sözləri yer alır: “Nizami fars şairi deyil, o, Azərbaycan mühitində yaşayıb-yaradıb və onun şeirləri fars üçün anlaşılmazdır”.

Monoqrafiyada Nizaminin özünün əsərlərindən təkzibolunmaz faktlar əsasında şairin Azərbaycan türkü kimi etnik mənsubiyyəti sübuta yetirilib və bu məsələnin müxtəlif aspektləri yeddi bölmə üzrə araşdırmaya cəlb olunub. Dünya şərqşünaslığı, o cümlədən klassik poeziya üzrə görkəmli iranlı alimlər farsdilli poeziyada digərləri ilə yanaşı ,“səbki-Azərbaycani” adlanan Azərbaycan üslubunu da fərqləndirir. Bu sıraya Qətran Təbrizi, Xaqani Şirvani, Əbul-Üla Gəncəvi, Fələki Şirvani kimi farsdilli (yəni klassik farsca yazanlar, lakin etnik türklər) şairlərin yaradıcılığı ilə yanaşı, Nizaminin yaradıcılığını da daxil edirlər. Bu üslub farsca yazan şairlər arasında yalnız etnik Azərbaycan türkləri tərəfindən istifadə edilib. O, zəngin metaforası, mürəkkəb obrazlar sistemi, şairlərin fəlsəfi düşünməyə meyli və ərəb mədəniyyətinin (yalnız Xorasan üslubundan istifadə edən etnik fars şairlər buna heç bir halda yol verməyərək ərəblərə aid hər şeyə təkəbbürlə, laqeydliklə yanaşır, özlərini ali mədəniyyətin nümayəndələri hesab edirdilər), digər qədim mədəniyyətlərin nailiyyətlərindən istifadəsi ilə seçilirdi. Bu və bir sıra digər məsələlər - XII əsrdə Gəncə əhalisinin etnik tərkibi, Nizaminin harada və hansı ailədə doğulub boya-başa çatması, onun doğma Azərbaycanla bağlılığı, türkə aid hər şeyə məhəbbət və rəğbət, fars poeziyasının nümayəndələri üçün səciyyəvi olan İranyönümlüyün olmaması, türk sözlərinin tez-tez işlədilməsi və s. Nizaminin etnik türk olmasına heç bir şübhə yeri qoymur.

Kitabda indiyə qədər bəzi tədqiqatçıların Nizaminin anasının kürd mənşəli olmasına dair fikirlərini əsaslandırdıqları və “metis” kimi tərcümə edilən “ikdiş” sözünün tamamilə yeni izahı yer alır. Kitabın müəllifi bu mifi qəti şəkildə təkzib edir və Nizaminin həm ata, həm də ana tərəfdən Azərbaycan türkü olduğunu inandırıcı şəkildə sübut edir. Kitabda Nizami irsinin bəzi digər məsələlərinə, məsələn, “Xosrov və Şirin” poemasındakı Şirinin etnik mənşəyi və dini inancı, bəzi ermənisevərlər tərəfindən “Ermənistan” kimi təqdim edilən Ərmən vilayətinin etnik və konfessional tərkibi kimi məsələlərə də müəllifin münasibəti ifadə edilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed