Nurlan İsmayılbəyli: "Müəllimlərin sertifikatlaşdırılma imtahanlarının keçirilmə qaydası dəyişməyib"

"Builki təhsilverənlərin sertifikatlaşdırılma imtahanlarının keçirilmə qaydalarında hər hansı dəyişiklik yoxdur".
“Report”xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O xatırladıb ki, qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənir: “Qaydalara dəyişiklik təkliflərini isə Elm və Təhsil Nazirliyi edir. Əgər nəsə dəyişiklik olsa, bu barədə ictimaiyyətə əvvəldən məlumat verilər. Bu gün isə qaydalarda hər hansı dəyişiklik yoxdur. Bu da o deməkdir ki, bu il də həmin qaydalarla sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulur”.