“O qədər ali təhsilli nankorlar var ki...” – Ekspertdən çağırış

“O qədər ali təhsilli nankorlar var ki...” – Ekspertdən çağırış

Elə imtahan olmayıb ki, imtahan sonrası abituriyent intiharı haqda eşitməyək. Səbəb çox vaxt valideyn basqısı və qınağı olub.

Modern.azxəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Eldəniz Əmirov feysbuk hesabında yazıb.

O, övladı buraxılış və ali məktəbə qəbul imtahanına hazırlaşan valideynlərə müraciət edərək bildirib:

"Etməyin! İmtahandan çıxmış balalarınıza nəticələrinə görə basqı etməyin. Bu gün etdiyiniz basqı heç nəyi dəyişməyəcək. Bunu etmək üçün 11 il vaxtınız olub. 11 il lazımı dərəcədə valideynlik öhdəliyietməmişiksə və ya hansısa səbəbdən edə bilməmişiksə, bunun günahı uşaqlarda deyil. Onsuz da ən məsuliyyətsiz uşaq belə imtahan sonrası çox həssas olur.

Həm də axı uşağın topladığı bal onun sizin üçün və vətən üçün faydalı övlad olub-olmayacağı haqda hələ heç nə demir. O qədər yuxarı bal toplayan ali təhsilli nankorlarımız var ki...

Odur ki, balalarınıza qıymayın! Hansı balla çıxırsa çıxsın, mənəvi dayaq olun, ürək-dirək verin, saçlarını tumarlayın".

Qeyd edək ki, bu gün 50 mindən çox şagird buraxılış imtahanı verib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed