Olimpiadada maraqlı olanların nəzərinə

Olimpiadada maraqlı olanların nəzərinə

Azərbaycanda fənn olimpiadaları başlayır.Bu barədə SİA-ya Təhsil Nazirliyininmətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 17-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsi keçiriləcək.27500-dən çox şagirdin iştirak edəcəyi bu bilik yarışında şagirdlər8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki,Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, Azərbaycan dili və ədəbiyyat və coğrafiya fənləri üzrə IX, X və XI sinif məktəblilələri arasında keçirilir. Şagirdlərə təqdim olunacaq tapşırıqlar fənn kurikulumuna uyğun olaraq, qapalı test formatında hazırlanıb. 30-40 sualdan ibarət olan imtahanda şagirdlərə cavablandırma üçün maksimum 3 saat vaxt verilir.

Rayon (şəhər) mərhələsinin nəticələri ən geci yanvarın 27-dək Respublika təşkilat komitəsi tərəfindən elan ediləcək. Nəticələrə əsasən hər fəndən və hər sinifdən ən azı 60 faiz nəticə toplayan ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.

İnformatika fənni üzrə rayon (şəhər) mərhələsində iştirak etmək istəyən şagirdlərwww.informatika.edu.azinternet səhifəsində qeydiyyatdan keçərək online müsabiqədə iştirak edəcəklər. Rayon (şəhər) mərhələsinin informatika fənni üzrə tapşırıqları qeyd olunan saytda 17 yanvar 2016-cı il tarixində saat 10:00-dan etibarən nümayiş etdiriləcək.

İntizarə

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__15823026

inwallah 3tura kecerem

Qonaq__15754070

sagirdler eziyyet cekib qalib olurlar amma bunu deyerlendirmirler,ne menasi var, sag ol demirler,deyirler borcundur,ne ise...

Qonaq__15848849

bayil uzre haradadir

Qonaq__15848861

insallah qalib olaram

_lamiye_

hımm,maraqlıdır.

Qonaq__15823924

Haminiza ugurlar menede insallah cavablar yaxsi olar

Qonaq__13886944

niye 8-ci sinifler istirak etmir bu olimpiadalarda??

Qonaq__13618690

insallah mende kecerem

Qonaq__15118574

OKeaniyada apatit ve fosforitin olma sebebin bilen varsa yazsin

Qonaq__15928295

ele 60 faizen cox yazan kecir turu 3 nefer deyirsiz beke 60 faizden azdi usaqlarda onda nolacaq hec bir usaq kecmeyecek 2 ci tura cavab yazinda xahis edirem

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed