Orta məktəblərdə psixoloq ştatlarının artırılması təklif edilir

Azərbaycanda orta məktəblərdə psixoloq ştatlarının artırılması təklif edilir.
"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Məruzədə qeyd edilib ki, orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması, peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi Ombudsman tərəfindən təklif olunur.