Ötən il elmi dərəcə almaq üçün daha çox AMEA və UNEC-dən göndərilən müraciətlərə mənfi cavab verilib

Ötən il elmi dərəcə almaq üçün daha çox AMEA və UNEC-dən göndərilən müraciətlərə mənfi cavab verilib

Ötən il Prezident yanında Ali Attestasiya Komissiyasına 851 dissertasiya işi və attestasiya sənədləri daxil olub.

Bu barədə“Report”un sorğusuna cavab olaraq komissiyadan bildirilib.

Müraciətlərdən 724-ü fəlsəfə doktoru, 127-si isə elmlər doktoru elmi dərəcəsi almaqla bağlı olub.

Qeyd olunub ki, 516 iddiaçıya (432 fəlsəfə doktoru, 84 elmlər doktoru) elmi dərəcə verilib.

2022-ci ildə elmi dərəcənin verilməsindən imtina edilməsinə dair 246 qərar (222 fəlsəfə doktoru, 24 elmlər doktoru) qəbul edilib: “Elmi dərəcənin verilməsindən imtina edilməsinə dair qərarlar Prezidentin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinin ödənilməməsi, elm sahələri üzrə müvafiq ekspert şuralarının tövsiyə etməməsi, elmi işlərdə plagiat faktının aşkarlanması səbəbindən olub”.

“Elmi dərəcələrin verilməsi ilə bağlı komissiyaya 2022-ci ildə daxil olmuş işlərə dair imtina qərarlarının əksəriyyəti AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) qaldırılan vəsatətlərlə bağlı olub”, - Ali Attestasiya Komissiyasından bildirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed