Oturaq həyat tərzi bunları tələb edir

Oturaq həyat tərzi bunları tələb edir

Fiziki aktivlik və düzgün qidalanma sağlam həyat tərzinin vacib şərtlərindəndir. Hərəkətsiz həyat tərzi və fiziki aktivliyin az olması ilə yanaşı, qeyri-sağlam qidalanma bir çox xəstəliklərin yaranması üçün risk faktorudur.

Milli.Az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi oturaq həyat tərzi keçirən insanların qidalanması ilə bağlı marifləndirici məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, fiziki cəhətdən fəal həyat tərzi sürməyən şəxslər qida rasionuna xüsusilə diqqət yetirməlidirlər.

Qidalanmanın balanslı təşkili çox vacibdir. Belə ki, az yağlı, zülal və tam taxıllı məhsullarla zəngin qida rasionu gündəlik zəruri enerji miqdarının alınması üçün kifayətdir.

Oturaq həyat tərzi keçirən, xüsusilə ofis şəraitində işləyən insanların qida rasionunda meyvə və tərəvəzlər olduqca vacibdir. Bu qidalar həm yüksək miqdarda vitamin və mineral ehtiva edir, həm də az kalorilidir. Həmçinin əksər meyvə və tərəvəzlər toxluq hissi verən liflərlə zəngindir.

Meyvə-tərəvəzin 150-300 qramı bir porsiya hesab olunur. Yetkin bir şəxsin gün ərzində 2-4 porsiya meyvə, 3-5 porsiya tərəvəz istehlakı tövsiyə edilir. Orqanizmin ehtiyac duyduğu proteini isə toyuq, hinduşka əti, dəniz məhsulları və yağsız mal ətindən əldə etmək mümkündür. Qril və buğlama ət məhsullarını bişirməyin ən sağlam üsuludur.

Qeyd edək ki, dəniz məhsulları proteinlə yanaşı, əsas yağ turşularını da ehtiva edir. Bu da qandakı yüksək sıxlıqlı lipoproteinləri artıraraq xolesterol səviyyəsini azaltmağa kömək edir. Həmçinin karbohidratlara nisbətən zülallar sayəsində orqanizmdə uzun müddət toxluq hissi yaranır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed